<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bəşər qüdrət aldı, İsmindən qüdrət,
 Sənsiz yoxdur, ya Rəbb, bizdə o cürət.
 Səninlə yıxırıq düşmən qalasın,
 Səninlə açırıq iblis yuvasın.
 İsmindədir yalnız qüdrət, əzəmət,
 İsmindən xilqətin alır cəsarət.
 Bələdçilik edib, Ata yanına
 Qabaqda gedirsən, biz də ardınca.

[C1]
   İsaya əbədi izzət, İsaya əbədi şöhrət!

[V2]
 Səndədir, İlahi, həyat dəyəri,
 Sənsən ömrümüzün zinət, bəzəyi.
 Sözündən yarandı bu cümlə-cahan
 Cümlənin dəyəri Sənsən hər zaman.
 Ölüyə can verir həyat sözlərin,
 Baxır ürəklərə Sənin gözlərin.
 Hər ürək bir nur tək yansın önündə
 Yaşasın xilqətin Sənin Sözündə!</lyrics>
<title>Bəşər qüdrət aldı, İL16</title>
<hymn_number>16</hymn_number>
</song>